Xamneyi sərt danışdı: “Onlar xaindir”

30-03-2016, 23:34           

“Qərb ilə aparılan müzakirələrin ölkənin raketdən müdafiə sistemi qurmasından daha əhəmiyyətli olduğunu söyləyənlər xaindir”.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bunu İranın ali dini lideri ayətullah Xamneyi deyib.

Dini lideri bu sözləri sabiq prezident Əli Əkbər Haşimi Rəfsəncaniyə cavab olaraq söyləyib. Xamneyi özünün internet səhifəsində dərc etdiyi şərhində bildirib ki, digər ölkələrlə aparılan müzakirələr hərbi güclə dəstəklənilməlidir. O, ölkənin təhlükəsizliyi baxımından raketdən müdafiə sisteminin dialoqdan daha əhəmiyyətli olduğunu qeyd edib.

“Gələcəyin dünyası raketlərin deyil, müzakirələrin dünyası olacaq” deyirlər. Əgər bunu düşünmədən söyləyirlərsə, düşüncəsizlik sayılır, amma bilərəkdən deyilirsə, xainlikdir”, - dini lider vurğulayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.