BBC Dağlıq Qarabağdakı son vəziyyətlə bağlı məqaləsinə düzəliş edib

4-04-2016, 08:45           
BBC Dağlıq Qarabağdakı son vəziyyətlə bağlı məqaləsinə düzəliş edib
BBC kampaniyası Ermənistan Azərbaycan qoşunlarının təmas xəttindəki son qarşıdurma ilə bağlı Rayhan Demytrienin məqaləsinə bəzi düzəlişlər edib.

Məqalədə Avropa Azərbaycan Cəmiyyətinin etiraz məktubunda göstərdiyi məqamların bəziləri əlavə edilib, korrektələr olunub.

****
00:07
Bakı-APA. Avropa Azərbaycan Cəmiyyəti (AAC) BBC kampaniyasına Ermənistan Azərbaycan qoşunlarının təmas xəttindəki son qarşıdurma ilə bağlı tutduğu qərəzli və tərəfli mövqeyi qınayıb.

APA-nın xəbərinə görə, cəmiyyətin məktubunda BBC-nin daim tərəfsiz və obyektiv xəbər prinsipinə sadiq qaldığını” vurğuladığı xatırladılır.

“Lakin BBC son hadisə ilə bağlı xəbərlərdə BMT Təhlükəsizlik Şurasının bu münaqişəyə dair qəbul etdiyi qətnamələri qeyd etmir. Halbuki bu qətnamələr Ermənistan silahlı qüvvələrinin Azərbaycanın süveren ərazilərindən dərhal, tam və qeyd-şərtsız çıxarılmasını tələb edir. Hansı ki, bundan sonra bir milyon azərbaycanlı qaçqın və məcburi köçkünlər öz yurd-yuvalarına qayıda bilər”.

“Əgər Ermənistan qeyri-qanuni olaraq uzun illər Azərbaycanın ərazilərini işğal altında saxlamasaydı, orada münaqişə olardımı? BBC Liviya, İraq və Suriya kimi münaqişələrlə bağlı BMT-nin bəyanat və qətnamələrinə daim istinad edib. BMT-nin bu məsələyə dair mövqeyini də qeyd etmək daha məqsədə uyğun olmazdımı?” deyə, etiraz məktubunda bildirilir.

AAC həmçinin BBC-nin məsələyə “xristian Ermənistanı ilə müsəlman Azərbaycanı arasında dini münaqişə” kimi təqdim etməsinə də etirazını bildirib: “Bu münaqişə iki tərəfin dini fikir ayrılığı ilə bağlı deyil. Bu, ötən əsrin 90-cı illərindən başlayaraq Azərbaycan torpaqlarının zəbt edilməsi idi. İndi isə açıq-aşkar daha da çox torpaq işğal etmək cəhdidir”.


Eyni zamanda BBC-də yayılmış yazılardan birində “Qarabağ” sözünün fars kökənli olduğunun qeyd edilməsi də qınanılıb: ““Qarabağ” Azərbaycan sözüdür, eləcə də Dağlıq Qarabağ Azərbaycanın ərazisidir”.

AAC sosial media və email vasitəsi ilə BBC-nin tərəfli mövqeyinə etiraz etməyə çağırıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.