Ruslar Kremlin Dağlıq Qarabağa müdaxiləsinə "Yox" deyir

4-04-2016, 14:36           
Ruslar Kremlin Dağlıq Qarabağa müdaxiləsinə "Yox" deyir
Rusiyanın “Exo Moskva” radiosu son günlər kəskinləşən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı izləyiciləri arasında virtual sorğu keçirib.

Avropa.info xəbər verir ki, dünən səhər saatlarında başlayan sorğuda indiyə kimi 12196 adam iştirak edib.

“Rusiya Qarabağ münaqişəsinə müdaxilə etməlidirmi?” – sualına respondentlərin 73%-i (8912) “Yox”, 21%-i (2525) “Hə” cavabı verib. 6% (759) isə cavab verməkdə çətinlik çəkib.

Sorğudan bu nəticəyə gəlmək mümkündür ki, rus xalqı hökumətin Dağlıq Qarabağ münaqişəsinə hər hansı müdaxiləsini dəstəkləmir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.