İranın Yerevandakı attaşesi Ermənistan Müdafiə Nazirliyinə çağırıldı

4-04-2016, 19:34           
İranın Yerevandakı attaşesi Ermənistan Müdafiə Nazirliyinə çağırıldı
Şərqi Azərbaycan əyaləti valisinin müavini Səid Şəbüstərinin bəyanatı ilə bağlı İranın Yerevandakı səfirliyinin hərbi attaşesi, polkovnik Hüseyn Şeyx Ermənistanın Müdafiə Nazirliyinə çağırılıb.

"Report" xəbər verir ki, bu haqda Ermənistan KİV-i məlumat yayıb.

Məlumata görə, onu Ermənistan müdafiə nazirinin müavini David Tonoyan qəbul edib.

İranlı attaşe Şərqi Azərbaycan əyalətinin Xudafərin bölgəsinin Qulubəyli kəndinə top mərmilərinin düşməsi nəticəsində xəsarət alanın olmadığını bildirib.

Qeyd edək ki, ötən gün Ermənistanın silahlılarının işğal altında olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsi istiqamətində atdığı top mərmilərindən 3-ü Şərqi Azərbaycan əyalətinin Xudafərin bölgəsinin Qulubəyli kəndinə düşüb. Şərqi Azərbaycan əyaləti valisinin təhlükəsizlik və siyasi məsələlər üzrə müavini Səid Şəbüstəri hadisə ilə bağlı Azərbaycan və Ermənistan tərəfə müraciət etdiklərini bildirib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.