İranlı deputat: “Dağlıq Qarabağ Azərbaycana qaytarılmalıdır”

5-04-2016, 10:28           

"Biz Dağlıq Qarabağın Ermənistan əsarətindən azad olaraq Azərbaycana qaytarılmasını istəyirik".

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Parlamentinin Təbriz, Osku və Azərşəhərdən olan nümayəndəsi Əlirza Munadi parlamentin iclasındakı çıxışında bildirib.

Ə. Munadi hökumətdən Ermənistanın Qarabağdakı cinayətlərini pisləməsini tələb edib.

“Ali Rəhbər Ayətullah Xamenei deyib ki, Qarabağ İslam torpağıdır, Qarabağ Azərbaycan torpağıdır və biz bütün gücümüzlə Ermənilərin Qarabağdakı təcavüzünü pisləməliyik. Dağlıq Qarabağ Ermənistanın əsarətindən azad olunmalı və Azərbaycana qaytarılmalıdır”, deyə Ə.Munadi vurğulayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.