Suriyada rus "speçnaz"ının zabiti öldürüldü - FOTO

6-04-2016, 14:24           
Suriyada rus "speçnaz"ının zabiti öldürüldü - FOTO
Rusiyanın Orenburq şəhər mətbuatı Suriyada daha bir rus hərbi qulluqçusunun həlak olması ilə bağlı məlumat yayıb.

Avropa.info xəbər verir ki, öldürülən Vadim Tumakov 10 il əvvəl (2002-2004) Rusiya DİN-ə məxsus “Vityaz” xüsusi təyinatlı dəstəsində hərbi xidmət keçib. Bu barədə Daxili Qoşunların mətbuat xidmətinin rəhbəri Vasili Pançenkov məlumat verib. Pançenkov deyib ki, xidmət müddəti bitdikdən sonra o, tərxis olunub.

Rus rəsmi Tumakovun daha sonra nə ilə məşğul olduğundan xəbərsiz olduğunu bildirib. Rus spetnazının zabitinin ölümünü xəbər verən Orenday.ru saytı məlumatı onun qohumlarından aldığını bildirmişdi.

Məlumata görə Tumakovun cəsədi, Orenburq vilayətində yerləşən kəndinə çatdırılıb. Tumakovun qohumu:

“O, kontrakt üzrə xidmət edirdi. Ezamiyyətlər uzunmüddətli olurdu. Vadim tez-tez ona verilən suallardan qaçırdı. Harada olduğunu nə gördüyünü heç vaxt danışmazdı. Xeyirxah, güclü adam idi. Əsl igid idi. Ölümünün təfərrüatları bizə məlum deyil”.

Yerli mətbuatın bildirdiyinə görə, Tumakovun cəsədi kəndinə həftə yarım əvvəl gətirilib.

Spetnaz zabitinin ölümü rəsmi səviyyədə təsdiqini tapmayıb. Rayon rəhbərliyi hadisəyə şərh verməkdən imtina edib.














Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.