ABŞ 81 konteyner silahı Suriyada kimə göndərib? - ŞOK FAKTLAR

10-04-2016, 19:00           

ABŞ Bolqarıstan, Xorvatiya və Rumınıyadakı hərbi bazasından Suriyaya tonlarla silah-sursat göndərir. Bu barədə ABŞ hökumətinə yaxın olan “FedBizOps.gov” portalı məlumat yayıb.

Məlumata görə, ABŞ tonlarla silah-sursat yükünü Suriyaya Türkiyə və İordaniya üzərində daşıyır. Belə ki, 2015-ci il noyabrın 3-də dəniz yolu ilə ABŞ tərəfindən Şərqi Avropa ölkələrindən içərisinə partlayıcı maddə, silah-sursat, avtomat, pulemyot, “RPG-7” raketləri, “9K111M Faktoria” tank əleyhinə sistemləri yüklənmiş 81 konteyner İordaniyanın Akabe limanına çatdırılıb. Bu hərbi yükləri daşıyan gəmi 2015-ci il dekabrın 5-də Rumınıyanın Köstenci limanından yola düşüb. Gəmidəki yüklər Türkiyə ərazisindən keçməklə İordaniya limanına çatdırılıb.(Publika.az)












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.