Ermənilər Azərbaycanlı jurnalisti hədələdilər - "Başını kəsəcəyik"

12-04-2016, 13:48           
Ermənilər Azərbaycanlı jurnalisti hədələdilər - "Başını kəsəcəyik"
Türkiyənin "İhlas" xəbər agentliyinin Rusiyadakı əməkdaşı, soydaşımız Fuad Abbasov son günlər Rusiya telekanallarında dəvət olunduğu proqramlardakı çıxışları ilə daha da populyarlaşıb.
Dia.az milli.az-a istinadən bildirir ki, Azərbaycan və Türkiyənin terrorizmə, separatçılığa qarşı apardığı mübarizəni rusiyalı tamaşaçılara çatdırmağa çalışan, dəvət olunduğu studiyalarda ermənilərə və ermənipərəst marioenetkalara qarşı məntiqli çıxışları ilə yadda qalan jurnalisti ermənilər ölümlə hədələməyə başlayıblar.


Feysbuk-da Zaven Harutyunyan adlı erməni F.Abbasova ünvanladığı mesajda yazıb: "Harada yaşadığını və işlədiyini bilirik. Bundan sonra ətrafına diqqətlə bax".
Karen Havetisyan isə yazıb: "Səni Moskvada görsəm, sənin də, ailənin də başlarınızı kəsəcəyəm".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.