Təmas xəttində zərərsizləşdirilən 7 erməni hərbçinin adı açıqlanıb

12-04-2016, 16:56           

Ermənistan Müdafiə Nazirliyi Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində təmas xəttində aprelin 2-5-ində atəşkəsin pozulması nəticəsində Azərbaycan əsgərləri tərəfindən zərərsizləşdirilən daha 7 hərbçisinin adını açıqlayıb.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu ölkənin Müdafiə Nazirliyinin mətbuat katibi Artsurun Ovanisyan özünün "facebook" səhifəsində onların adlarını yazıb: polkovnik Aleksan Arakelyan (1982-ci ildə anadan olub), çavuş Adam Saakyan (1996), sıravlər - Norik Sarqsyan (1996), Boris Ozmanyan (1996), Jora Yesayan (1996), Azat Simonyan (1996), Artur Gevorkyan (1997).

Qeyd edək ki, mətbuat katibi aprelin 8-də təmas xəttində 44 hərbçisinin zərərsizləşdirlidiyi barədə məlumat yaymışdı.

Ekspertlərin fikrincə, Ermənistan Müdafiə Nazirliyi itkilərinin dəqiq sayını ölkə ictimaiyyətindən gizlətmək üçün onların tam sayını və adlarını açıqlamır. Erməni tərəfi onların adlarını vaxtı uzatmaqla açıqlayır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.