Putin nə vaxt evlənəcək? - `Onunla yaxşı münasəbətim var`

14-04-2016, 16:15           
Putin nə vaxt evlənəcək? - `Onunla yaxşı münasəbətim var`
“Arada Lyudmila Aleksandrova ilə görüşürük. Bizim çox yaxşı münasibtlərimiz var. Hətta münasibətlərimiz əvvəlkindən də yaxşıdır”.

AzVision.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin canlı yayımda ona keçmiş həyat yoldaşı ilə bağlı ünvanlanan sualı cavablandırarkən deyib.

Putin keçmiş həyat yoldaşı ilə münasibətlərinin normal olduğunu bildirib: “Onun həyatında hər şeyin yaxşı olduğunu bilirəm. Mən də öz həyatımdan məmnunam. Hər şey yaxşıdır”.

Putin daha sonra “Siz nə vaxt ailə həyatı quracaqsınız?” sualını cavablandırıb: “Sözün düzü, mən bu sualın rublun kursu və ya neftin qiymətinə necə təsir edəcəyini bilmirəm. Ciddi danışsaq insanlar deputatları, prezidentləri işləmək üçün seçirlər. Sizin soruşduğunuz şəxsi suallar isə maraq kəsb etsə də, onlar birinci dərəcəli suallar siyahısına aid deyil. Lakin gələcək ola bilsin ki, mən sizin marağınıza müsbət cavab verdim”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.