ABŞ yadplanetlinin görüntüsünü yaydı - VİDEO

8-05-2015, 12:37           
ABŞ yadplanetlinin görüntüsünü yaydı - VİDEO
ABŞ ələ keçirdiyi yadplanetlilərlə bağlı şayiələrə 68 il sonra son qoyub.

Axar.az xəbər verir ki, Meksikada təşkil edilən konfransda 1947-ci ildə ABŞ-ın Rosvell qəsəbəsində ələ keçirdiyi yadplanetlilərin görüntüləri ictimaiyyətə təqdim olunub.

Qeyd edək ki, 1947-ci ildə ABŞ Nyu Mexiko ştatının Rosvell qəsəbəsi yaxınlığına naməlum uçan obyekt düşür. Həmin obyektin yadplanetlilərə aid olduğu bildirilsə də, bu, daha sonra Pentaqon tərəfindən təkzib olunur. Lakin yüksək rütbəli amerikalı hərbçi ölmədən öncə həmin hadisədə qəzaya uğrayan obyektin UNO olduğunu etiraf edir. Həmin hadisə tarixə “Rosvell qəzası” olaraq düşüb.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.