ABŞ Robert Köçəryanın oğlu və gəlininə viza verməyib - FOTO

8-05-2015, 12:39           
ABŞ Robert Köçəryanın oğlu və gəlininə viza verməyib - FOTO
ABŞ-ın İrəvandakı səfirliyi Ermənistanın sabiq prezidenti Robert Köçəryanın oğlu və gəlininə viza verməkdən imtina edib.

APA-nın Ermənistanın “Jamanak” qəzetinə istinadən verdiyi məlumata görə, Levon Köçəryanla müğənni Siruşo ABŞ-da olarkən müvafiq qaydaları pozublar.

Konkret olaraq onlar övladları dünyaya gəldiyi üçün ABŞ-da vizada göstərilən müddətdən artıq qalıblar.

R. Köçəryanın gəlini bu haqda məlumatı nə təkzib, nə də təsdiq edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.