Moskva hava məkanı 1 saatlıq uçuş üçün bağlı olacaq

9-05-2015, 10:46           
Moskva hava məkanı 1 saatlıq uçuş üçün bağlı olacaq
9 may Qələbə paradı zamanı Moskva aeraportları təyyarələrin qəbulunu və uçuşunu dayandırır.

ANS PRESS-in məlumatına görə, bu barədə TASS Rosaviasiyaya istinadən xəbər verir.

Moskva vaxtı ilə (FMT3) saat 10:30-dan 11:20-yə dək paytaxtın hava məkanı sərnişin təyyarələri üçün bağlanacaq. Rosaviasiyadan bildiriblər ki, bu vaxtı “yalnız 9-11 min metr hündürlükdə tranzit keçidə icazə veriləcək”.

Qurumdan bildiriblər ki, həmin vaxt ərzində paradın aviasiya hissəsinin keçidi baş tutacaq. O zaman 100-dən çox müxtəlif uçan aparat Qızıl meydanın üstündən keçəcək.

“Onlar göstəriş üçün müxtəlif aeradromlardan keçəcək və bu zaman bir neçə yerdən sərnişin aviasiyasının hava məkanına girmiş olacaqlar”- deyə Rosaviasiyadan bilfiriblər. Buna görə də 50 dəqiqə ərzində hava məkanının bağlanması zəruridir.

Qurumdan bildiriblər ki, paytaxtın bütün aviaşirkətləri qadağa bardə məlumatlandırılıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.