Ermənistanda çörək istehsalı 60% azalıb

9-05-2015, 11:22           
Ermənistanda çörək istehsalı 60% azalıb
Ermənistanda sosial-iqtisadi sahədə gərginlik getdikcə dərinləşir. Ölkədə çörək istehsalı 60 faizə qədər azalıb.

Ermənistanda əhalinin böyük əksəriyyəti yoxsulluq həddində yaşayır. Ölkədə orta aylıq əməkhaqqı olduqca aşağı səviyyədədir.

“Lragir Armenian” qəzeti yazır ki, Serj Sarkisyan iqtidarının milli valyutanın - dramın məzənnəsini saxlamaq üçün göstərdiyi cəhdlər heç bir nəticə vermir. Çünki normal iqtisadiyyatı olmayan ölkədə inflyasiyanın həcmi gün keçdikcə bir qədər də artır. Hətta milli valyutanın məzənnəsini saxlamaq məqsədilə Ermənistan Mərkəzi Bankının indiyədək ayırdığı vəsaitlərin belə problemin yoluna qoyulmasında heç bir təsiri olmayıb. Ölkənin xarici borcu artıq ümumi daxili məhsulun 60-70 faizini üstələyir.

Son zamanlar Ermənistanda çörək istehsalı da kəskin azalıb. Bu barədə İrəvan çörək zavodunun rəhbəri Aşot Avetisyan “Joxovurd” qəzetinə müsahibəsində deyib. O bildirib ki, ölkənin bir neçə şəhərində zavodları var. Son hesabata əsasən, istehsal 60 faizə qədər azalıb. Aşot Avetisyan insanların köhnəlmiş çörəklərə daha çox tələb göstərdiyini söyləyib. Buna səbəb isə köhnəlmiş çörəyin iki dəfə ucuz satılmasıdır. Birdən-birə istehsalda 60 faizlik azalma ölkə iqtisadiyyatında dözülməz vəziyyətlə əlqələndirilir. (Azertac)












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.