Moskvada prezidentlərin qələbə görüşü

9-05-2015, 12:31           
Moskvada prezidentlərin qələbə görüşü
Rusiya Böyük vətən müharibəsində əldə edilən Qələbənin 70 illiyi münasibəti ilə keçirilən möhtəşəm parada hazırlaşır. ANS PRESS-in məlumatına görə, artıq Rusiya prezidenti Vladimir Putin Putin Kremldə Qələbə günündə iştirak etmək üçün bu ölkəyə gələn ölkə liderlərini qəbul edir.

Onların arasında Azərbaycanın dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da olub.
Liderlərlə Kremlin Gerb zalında keçeiriləcək görüşdən sonra onlar Paradı izləmək üçün Qızıl meydanda onlar üçün ayrılan tribunaya çıxacaqlar.

Məlumata görə, Moskvaya 30 ölkənin və beynəlxalq təşkilat rəhbəri gəlib.

Parad zamanı Putin çıxış edəcək. Bundan sonra bir dəqiqəlik sükut elan ediləcək. Paradda ümumilikdə 16 min insanın iştirakı nəzərdə tutulub. Artıq hərbçilər Qızıl meydanda öz yerlərini alıblar. Ölkənin müxtəlif bölgələrindən olan qocaman veteranlarda məsafəyə baxmayaraq paradda iştirak üçün Moskvaya gəliblər.

Paraddan sonra Putin ölkə liderləri ilə birlikdə Böyük Vətən müharibəsində həlak olanların xatirəsini anacaq və naməlum əsgərin məzarı önünüə əklil qoyacaqlar.
Onlar Böyük Kreml sarayında Rusiya lideri adından veriləcək təntənəli qəbula qatılacaqlar.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.