İŞİD-in seks kölələri - Zorlanmış qadınlar

9-05-2015, 12:34           
İŞİD-in seks kölələri - Zorlanmış qadınlar
"İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatının Suriya ilə İraqda girov götürdükləri qadınların məruz qaldıqları cəhənnəm əzabları barədə məlumatlar qan dondurur.

BMT bu zavallılar barədə hesabatını açıqlayıb.

Milli.Az ABC-yə istinadən bildirir ki, Suriyanın və İraqın şimalında İŞİD-in keçirdiyi əməliyyatlar zamanı ələ keçirilmiş qadınlar arasında 34 "qurban"la görüşən BMT ekspertlərinin hazırladıqları hesabat qeyri-rəsmi olaraq "Cəhənnəmi gözü ilə görənlər" adlanır.

Ötən ilin ortalarında İraqın şimalında İŞİD terrorçularının girov götürdükləri minlərlə yezidi qadından biri olan Afrən adlı 21 yaşlı xanım deyib: "Bizi tanımadığımız bir yerə apardılar, yer salıb qapıları bağladılar. Həmin günün axşamı cəhənnəm başladı. "Sahibimiz" olan saqqallı kişi bizi zorladı. Hamımız bakirə idik və o, bizə təcavüz edəndən sonra "Artıq mənimsiniz" dedi. Ertəsi gün həkim gəldi, əməliyyat apardı və bizi "yenidən bakirə" etdi. Sahibimiz bizi başqa kişilərə "bakirə mal" kimi satmağa başladı. Orada qaldığım müddətdə 20 dəfə əməliyyata məruz qaldım, yüz dəfələrlə təcavüz olundum".

İŞİD girovluğunda olmuş qadınların tam əksəriyyəti azad olunanda və ya pul müqabilində ailələrinə qaytarılanda hamilə olublar.
Onların bir qismi isə Suriyadakı "qul bazarları"nda satılıblar.

"Qul bazarın"nda satışa çıxarılan qadınlar lüt soyundurulublar və "potensial alıcı"lar da onları belə qiymətləndiriblər.

İŞİD-in girov götürdyü, qul kimi alıb-satdığı, təcavüzlərə məruz qoyduğu qadınlar arasında yüzlərlə xanım bu vəhşətə və təhqirlərə dözməyərək intihar ediblər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.