Fidel Kastro - Əfsanə narkobaron imiş

9-05-2015, 22:42           
Fidel Kastro - Əfsanə narkobaron imiş
Bunu Kastronun yanında təxminən 20 il işləmiş sabiq cangüdəni yazır
Fidel Kastronun keçmiş mühafizəçisi Xuan Sançes "Fidel Kastronun ikili həyatı" kitabında Kuba liderinin ictimaiyyət üçün kölgədə qalan fəaliyyəti haqqında xeyli maraqlı faktlar qeyd edib. Bu haqda Il Giornale nəşri yazır. Analitik.az xəbər verir ki, bir neçə il əvvəl müsahibələrinin birində Fidel Kastro bildirib ki, bütün soydaşları kimi, ayda, 900 pesoya (36 dollar) yaşayır. Kuba liderinin keçmiş cangüdəninin sözlərinə görə, bunlar hamısı yalandır. Nəşr yazır ki, adından da məlum olduğu kimi "Fidel Kastronun İkili həyatı" kitabında siyasi liderin bir çox sirləri haqqında danışılır.



Sançes deyir ki, Kastro Kubadan Birləşmiş Ştatlara narkotik trafikinə nəzarət edir. "Mən bir dəfə prezident və onun yüksək rütbəli generalı arasında söhbətin şahidi oldum. Onlar narkotik ötürücülərinə nə qədər ödəmək lazım olduğunu müzakirə edirdilər", bunu Kastronun yanında təxminən 20 il işləmiş sabiq cangüdəni yazır. Sançes qardaşının adadan qaçmasından sonra, özü üç ay həbsxanada olub. Yalnız 1998-ci ildə o, Kubadan Meksikaya qaçıb, orada gizlənməyə nail olub. Sonra isə ABŞ-a köçüb. Sançes iddia edir ki, Kastro dəbdəbəli həyat sürür. Havanada və onun ətrafında onlarla villaya malikdir. Bunlar hamısı narkotik qaçaqmalçılığından götürülən gəlirlərin hesabına alınıb. "Fidel Kastro Forbes jurnalında adının dünyanın 10 ən varlı diktatorları siyahısına salındığını biləndə çox təəccüblənib. Onda Kastro bildirib ki, ayda 36 dollara, adi bir mənzildə yaşayır. Lakin bu doğru deyil: O, gələn rəsmi qonaqları bu evdə qəbul edir, amma əslində, şəhər kənarındakı böyük villada yaşayır" , Sançes kitabında yazır. Nəşr hesab edir ki, bu kitab Fidel Kastronun inqilabçı və proletar imicinə güclü zərbə vuracaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.