Kim dünyanı qorxuya saldı

9-05-2015, 22:46           
Kim dünyanı qorxuya saldı
Şimali Koreya yeni ballistik raketləri sınaqdan keçirib və uğurlu alınıb
Koreya Xalq Demokratik Respublikası (KXDR) yeni ballistik raketlərini sınaqdan keçirib. Məlumata görə, bu barədə mayın 9-da ölkənin rəsmi informasiya agentliyi xəbər yaysalar da, sınağın nə vaxt və harada keçirildiyi barədə dəqiq məlumat yoxdur.


Bildirilir ki, Şimali Koreya lideri Kim Çen In sınaq yoxlanışında iştirak edib və bu raketi dünya səviyyəli silah adlandırıb. Sınaq uğurlu alınıb.


Ekspertlərin fikrincə, KXDR-in bu addımı dünya üçün qorxuludur. Bu dövlət ballistik raket texnologiyasından istifadə etdiyinə görə BMT-nin sanksiyaları ilə üzləşsə də, vaxtaşırı ağır silahları sınaqdan keçirir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.