BMT: Ərəb koalisiyası beynəlxalq hüququ pozur

10-05-2015, 12:13           
BMT: Ərəb koalisiyası beynəlxalq hüququ pozur
BMT Yəməndəki xüsusi nümayəndəsi ərəb koalisiyasının qoşunlarını ölkənin şimal bölgələrində dinc əhalini bombardman etməkdə günahlandırıb.

BBC-nin verdiyi xəbərə görə, BMT Humanitar Məsələlərin Əlaqələndirmə İdarəsinin rəhbəri Yohannes Van Der Klau Saada şəhərinin “tələ”yə düşən dinc sakinləri şəhəri tərk edə bilmədiyini qeyd edib. Buna səbəb nəqliyyat vasitələrinin və yanacağın qıtlığı göstərilir.

Bundan əvvəl bildirilmişdi ki, ərəb koalisiyası sutka ərzində husilərin Yəmənin şimal-qərbindəki mövqelərinə 130-dək hava zərbəsi endirib.

Zərbələr nəticəsində inzibati binaların çoxu uçub, elektrik enerjisinin verilişində problemlər yaranıb, telefon əlaqəsi kəsilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.