Husilər atəşkəsi qəbul etdi

10-05-2015, 23:09           
Husilər atəşkəsi qəbul etdi
Yəməndə husilər humanitar məqsədlə 5 günlük atəşkəsi qəbul edib.

Atəşkəs 2 gündən sonra qüvvəyə minəcək.

Qrupun bəyanatı Səudiyyə Ərəbistanının başçılığı ilə koalisiya qüvvələrinin sabiq prezident Əli Abdulla Salehin iqamətgahını bombalamasından sonra səslənib.

Salehin evdə olmadığı təxmin edilir. Televiziya ilə hadisədən sonra onun evinin dağıntıları yanında durduğu nümayiş etdirilib.

Mart ayından bəri Yəməndə aparılan döyüşlər yüzlərlə mülki vətəndaşın tələfatına səbəb olub. Münaqişə ölkədə böyük humanitar böhran yaradıb.

ABŞ dövlət katibi husilərin tərəfdarlarını atəşkəsi qəbul etməyə çağırıb. anspress












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.