Rusiyanın İrandakı səfirliyi öz vətəndaşlarına xəbərdarlıq etdi

5-10-2022, 11:54           
Rusiyanın İrandakı səfirliyi öz vətəndaşlarına xəbərdarlıq etdi
Rusiya tərəfi iğtişaşlar fonunda respublikada təhlükəsizlik vəziyyətini diqqətlə izləyir.

Bu barədə çərşənbə axşamı Rusiyanın İrandakı səfirliyindən məlumat verilib.

“Biz İrandakı təhlükəsizlik vəziyyətini diqqətlə izləyirik. İslam Respublikasının hüquq-mühafizə orqanlarının məlumatına görə, ölkədə vəziyyət sabitləşir”, - diplomatik nümayəndəlikdən qeyd edilib.

Həmçinin, Rusiya səfirliyi ölkə vətəndaşlarına İranda insanların sıx olduğu yerlərdən çəkinməyi tövsiyə edib.

Bildirilib ki, İranda iğtişaşlar zamanı rusiyalılarla bağlı ciddi insident baş verməyib.

Ölkədə davam edən iğtişaşlar fonunda Rusiyanın buradakı nümayəndəlikləri normal rejimdə fəaliyyət göstərir.

Mənbə: TASS












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.