Merkel: “Rusiyanın G8-də iştırakı yolverilməzdir”

21-05-2015, 15:10           
Merkel: “Rusiyanın G8-də iştırakı yolverilməzdir”
Rusiya əsas demokratik dəyərlərə əməl etməyənə qədər onun G8 formatına qayıtması yolverilməzdir.

AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Bundestaqda çıxışı zamanı Almaniya kansleri Angela merkel bildirib.

“Ukraynada baş verənlər bizim Elmauda “səkkizlik” yox “yeddilik” formatında görüşürük. G7 – dəyərlər cəmiyyətidir, bu azadlıq, demokratiya və qanunun aliliyi istiqamətində aparılan birgə işdir. Bu xalqların seçimi və dövlətlərin ərazi bütövlüyünə hörmətdir”, - deyə Merkel vurğulayıb.

Merkel həmçinin əlavə edib ki, “Şərq Tərəfdaşlığı” formatı “Avropa İttifaqının genişlənməsi üçün siyasi alət deyil: “Bu layihə Rusiya da daxil olmaqla heç bir ölkəyə qarşı yönəlməyib”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.