Münhen teraktını müsəlmanlar törətməyib

23-07-2016, 13:14           
Münhen teraktını müsəlmanlar törətməyib
Münhendəki “Olimpiya” ticarət mərkəzinə hücum edənlərin radikal islamçı olduğunu Almaniya polisi təsdiqləməyib.

Axar.az “Bild” qəzetinə istinadən xəbər verir ki, hələlik heç bir terror təşkilatı məsuliyyəti üzərinə götürməyb.

RTL telekanalı isə hadisə şahidlərinə istinadən maraqlı məlumat yayıb. Şahidlərin iddiasına görə, atəş açan şəxslərdən biri “Lənətə gələsiniz, xaricilər”, “Mən almanam və Almaniyada doğulmuşam” sözlərini işlədib.

Qeyd edək ki, “Olimpiya” ticarət mərkəzinə hücum zamanı 15 nəfər həlak olub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.