Münheni qana bulayan Əli: "Hamınızı qıracağam" - FOTO

23-07-2016, 21:40           

Almaniyanın Münhen şəhərindəki "Olympia Einkaufzentrum" ticarət mərkəzində gülləbaran törədən, əslən iranlı olan Əli Davud Sünbüli 10 nəfəri qətlə yetirib, 27 nəfəri yaralayıb. Həlak olanların altısı kişi, üçü qadındır.
Milli.Az Bild-ə istinadən bildirir ki, yaşları 13-45 arasında olan qurbanlarını qətlə yetirmək üçün Əli "Glock 17" yarıavtomat tapançadan istifadə edib. Onun bel çantasında 300 patron vardı.
Polisdən verilən məlumata görə, 1500 avroluq aylıq müavinətə yaşayan Əli Davud Sünbüli psixi cəhətdən normal adam olmayıb. O, həddən ziyyadə aqressivdi, kütləvi qətllərə can atırdı. Onun yaşadığı mənzildə axtarış aparılarkən "Why Kids Kill: Inside The Minds of School Shooters" kitabı tapılıb.
Münhen şəhər polis idarəsinin rəisi Hubertus Andre mətbuat konfrasında bildirib ki, Ə.Sünbüllinin İŞİD-lə hər hansı bir əlaqəsi olmayıb.
"Onun 18 yaşı vardı, Münhendə doğulub və böyüyüb. Litseydjə oxuyurdu. Bu adamın əlbir olduğu şəxslər də yoxdur. Eyni zamanda, baş vermiş hadisəni miqrantlarla da əlaqələndirmək düzgün deyil. Bununla yanaşı, teraktın Anders Breyvikin Norveçdə törətdiyi gülləbaranın 5 illiyi münasibətilə həyata keçirildiyi versiyası da var", - H.Andre söyləyib.
Əli Davud Sünbülinin gülləbarandan bir müddət əvvəl sosial şəbəkədəki çatda "Hamınızı qıracağam, hamınızı öldürəcəyəm" yazdığı da bəlli olub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.