İrəvandakı qiyamçıların təslim olmaq niyyətləri yoxdu

23-07-2016, 22:28           
İrəvandakı qiyamçıların təslim olmaq niyyətləri yoxdu
Bizim təhlükəsizliyimizin təminatı xalq və silahımızdır

Bazar günü Ermənistanın paytaxtı İrəvanda polis bölməsini ələ keçirən silahlı dəstə təslim olmaq niyyətində deyil.
“Report” xəbər verir ki, bu barədə şənbə günü dəstə üzvü – radikal müxalifətin liderlərindən biri olan Varujan Avetisyan bölmə ərazisində KİV nümayəndələri qarşısında çıxışı zamanı bildirib.

“Biz təslim olmaq barədə düşünmürük, bunun əksinə olan iddialar həqiqətə uyğun deyil. Bizim təhlükəsizliyimizin təminatı xalq və silahımızdır”, - deyə Avetisyan bildirib.

Dəstənin digər üzvü Pavel Manukyan bildirib ki, hadisələrin gələcək inkişafı aydın görünməyincə, heç bir güzəş olmayacaq.
Hücumun niyə məhz polisin post-patrul xidməti bölməsinə təşkil olunduğunun səbəblərini izah edən Manukyan iddia edib ki, bu polis bölməsi “xalqın yaralarının üstündən basmaq üçün küt bir alət olub”.

“Biz xalqın aldanılmasına bir daha imkan verməyəcəyik”, - deyə Manukyan bildirib.

Ermənistan hökuməti silahlı dəstə üzvlərinin çıxışları ilə bağlı hələ ki, açıqlama verməyib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.