Moskvada metro yaxınlığında partlayış – VİDEO

24-07-2016, 07:21           
Moskvada metro yaxınlığında partlayış – VİDEO
Rusiyanın paytaxtı Moskvada güclü partlayış baş verib. Axar.az xəbər verir ki, partlayış “Voykovski” metrostansiyasının yaxınlığında, yeraltı keçiddə qeydə alınıb.
Moskvanın hüquq-mühafizə orqanlarının məlumatına görə, ərazi polis əməkdaşları tərəfindən nəzarətə götürülüb, keçiddən insanlar təxliyyə ediliblər. Zərər çəkənlər barədə məlumat verilməyib.
Şahidlərin sözlərinə görə, hadisə yerindən güclü qaz qoxusu gəlir. “Mosqaz” əməkdaşları da bu məlumatı təsdiqləyiblər. Partlayışın gücündən 2 metrə qədər ərazinin tamamilə dağıldığı bildirilib.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.