Tramp Hillari Klintonun nəslini söydü

26-07-2016, 16:40           
Tramp Hillari Klintonun nəslini söydü
ABŞ-ın Respublikaçılar partiyasından prezidentliyə namizəd Donald Tramp çıxışında deyib ki, Hillari Klintonun qızlıq familiyası onun mahiyyətini əks etdirir.

Avropa.info xəbər verir ki, milyarder öz tərəfdarları qarşısına Ronaoke şəhərində çıxış edərkən yada salıb ki, rəqibi Klinton doğma familiyası Rodemi (Rodham) istifadə etməkdən çəkinir. Trampa görə, bu onunla bağlıdır ki, Rodham ingiliscədə çürümüş mənası verən “rotten” sözü ilə eyni cür səslənir.

“Hillari niyə öz ikinci adından imtina edib? Hillari Klinton Rottendir, düz deyilmi? Bəlkə bu ad həqiqətə daha çox oxşayır?” – Tamp belə deyib.

Çıxışının sonunda o qadın rəqibi haqda “bədbəxt Klinton” ifadəsi işlədib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.