Rusiyada gömrük rəisinin evində milyonlarla pul aşkarlandı

26-07-2016, 23:21           
Rusiyada gömrük rəisinin evində milyonlarla pul aşkarlandı
Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Daxili Təhlükəsizlik İdarəsinin əməkdaşları Federal Gömrük Xidmətinin rəisi Andrey Belyaninovun və onun müşaviri Sergey Lobanovun evlərində və xidməti otaqlarında axtarış həyata keçiriblər. Axtarış nəticəsində Andrey Belyaninovun evindən 10 milyon rubl, 400 min dollar və 300 min avro, həmçinin nadir sənət əsərləri aşkarlanıb.

İstintaq hərəkətləri Sankt-Peterburqdan olan sahibkar Dmitri Mixalçenkoya qarşı alkoqollu içkilərin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsi ilə bağlı başlanan cinayət işi çərçivəsində aparılıb.

Andrey Belyaninovun və Sergey Lobanovun qaçaqmalçılıqla əlaqəli qanunsuz fəaliyyətlə məşğul olmasına dair məlumatların olduğu deyilir.
azadliq.info












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.