Mahmud Abbas Britaniyanı məhkəməyə verəcək! - İsrail dövlətini yaratdığı üçün…

28-07-2016, 09:23           
Mahmud Abbas Britaniyanı məhkəməyə verəcək! - İsrail dövlətini yaratdığı üçün…
Xarici KİV-in yaydığı məlumata görə, Fələstin lideri Mahmud Abbas Böyük Britaniyanı, İsrail dövlətini yaratdığı üçün məhkəməyə verəcək. Bu barədə məlumatı «The Independent» yayıb.

Ərəb dövlətləri liqasının Mavritaniyanın paytaxtı Nuakşot şəhərində keçirilən sammitində Fələstinin xarici işlər naziri Riyad əl-Maliki bəyan edib ki, Mahmud Abbas Londonu beynəlxalq məhkəməyə verəcək. Fələstin lideri Londonu, 1917-ci ildə Balfur Bəyannaməsini dərc etməkdə və «İsrailin cinayətlərini dəstəkləməkdə» günahlandırır.

Abbasın fikrincə, Britaniya hakimiyyəti «fələstinlilərin ata-baba yurduna yəhudilərin kütləvi surətdə köçürülməsinə gətirib çıxaran məsuliyyətsiz vədlərinə görə» cavabdehlik daşıyır.

«Bu vədləri o adamlar veriblər ki, bu torpaqlar onlara məxsus deyil. O adamlara veriblər ki, onlar buna layiq deyillər» – deyə, fələstinli lider Londonun 100 il bundan əvvəlki fəaliyyətini xarakterizə edib.

Əl-Madiki ərəb ölkələri liqasını Abbasın iddiasını dəstəkləməyə çağırıb.

AzPolitika.info












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.