Roma Papası Polşada dini ayin zamanı huşunu itirdi

28-07-2016, 16:44           
Roma Papası Polşada dini ayin zamanı huşunu itirdi
Roma Papası Fransisk Polşada dini ayinin icrası zamanı huşunu itirərək yıxılıb.

Bu barədə “Associated Press” agentliyi məlumat yayıb.

Papa yıxıldıqdan sonra ətrafdakı din xadimləri onun köməyinə yetişiblər. Bundan sonra Papa nitq söyləyib. Hadisənin səbəbləri barədə hələlik məlumat verilmir. Qeyd edək ki, Roma Papası iyulun 26-31 tarixlərində Krakovda keçiriləcək “Ümumdünya gənclər günü” ilə bağlı Polşaya səfər edib.

79 yaşlı Fransisk 2013-cü ilin martından katolik kilsənin rəhbəridir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.