Gülənin Klintonla əlaqələri ABŞ-ı qarışdırdı

28-07-2016, 21:51           

Nurçuların lideri Fətullah Gülənin ABŞ prezidentliyinə Demokratlar Partiyasından namizəd Hillari Klintonla yeni əlaqələri üzə çıxıb.

Axar.az “Naşnl İnterest”ə istinadən xəbər verir ki, xanım namizədin seçki təşviqatlarını Gülən maliyyələşdirir.

Nəşr nurçu liderin Klintonu dəstəkləyən şirkətlərdən olan “Podesta Qrupu” ilə də əməkdaşlıq etdiyini iddia edib.

Həmçinin, əldə edilən email yazışmalarında 2009-cu ildə FETÖ şəbəkəsinin üzvlərindən birinin prezident Barak Obama ilə görüşməsi üçün Klitonun köməkçisi Huma Abedindən yardım istədiyi də məlum olub.

Bundan əlavə, şəbəkəsinin nüfuzlu üzvləri Əmrə Çəlik və Faruk Tabanın da keçmiş dövlət katibi ilə fotoları üzə çıxıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.