Rusiya iqtisadiyyatının azalması dibdən də aşağı həddədir

2-08-2016, 21:41           
Rusiya iqtisadiyyatının azalması dibdən də aşağı həddədir
Rusiyanın Ali İqtisad Məktəbinin (VŞE) ekspertləri bildirib ki, Rusiya iqtisadiyyatının azalması dibdən də aşağı həddədir.

İqtisadiyyat böyük ölçüdə kiçilir, demək olar, bütün sektorlar minus əməliyyat ilə işləyir, neft gəlirlərinin azalması isə ilin axırına qədər Rezerv Fondunun ehtiyatlarını tükətmək təhlükəsi ilə üz-üzə qoyur.

Rusiya iqtisadiyyatının bərpası haqqında danışmaq isə hələ ki, tezdir, 2016-cı ilin yanvar-iyun aylarında ölkə əsl resessiya yaşayıb, – “İnkişaf Mərkəzi” Ali İqtisad Məktəbi (VŞE) institutunun ekspertləri xəbərdarlıq edir. Hesabatda bildirilir ki, iqtisadiyyatda böyük ölçülü eniş baş verib, azalmanın səviyyəsi əvvəlki nəticələri ötərək, dibi də vurub keçib.


“İqtisadiyyatın “yeni normallığa” uyğunlaşmasının birinci – kəskin fazası yenicə yekunlaşıb. İqtisadiyyat yenidən azalmağa doğru gedir, ÜDM 2016-cı ilin birinci rübündə dibi vurub keçib, ikinci rübdə isə dibdən 1.4 faiz aşağı düşüb və bu göstərici 2014-cü ilin ortalama səviyyəsindən 5.5 faiz aşağıdır”, – VŞE öz hesabatında deyir.

Ekspertlərin rəyinə görə rekord düşüş tikinti sektorunda qeydə alınıb. Bu sektor yarım ildə 10 faiz azalıb. Tikinti sektorunun istehsal həcmi 2014-cü ilin səviyyəsindən 15 faiz aşağıya düşüb.

Rusiya iqtisadiyyatı üçün daha bir təhdid neft qiymətlərinin düşməsi nəticəsində xəzinəyə daxil olan gəlirlərin azalmasıdır. Artıq 2016-cı ilin birinci yarımilliyində federal büdcədəki kəsrin örtülməsi üçün Rezerv Fondundan 780 milyard rubl xərclənib. VŞE-nin hesablamasına görə, ilin axırında fondun ehtiyatları tamamilə tükənə bilər.

“Gəlirlərin böyük ölçüdə azalması Rezerv Fondunun ehtiyatlarının 2016-cı ildə tükənməsi təhlükəsini yaradır və büdcə defisitinin örtülməsi üçün Milli Rifah Fondunun ehtiyatlarından istifadə zərurətini yaradır”, – VŞE hesabatının müəllifləri bildirir.

VŞE ekspertlərinin qiymətləndirməsinə görə ABŞ-ın neft istehsalının və ehtiyatlarının artması nəticəsində qlobal neft bazarlarında qiymətlərin yenidən azalması dolları 70 rubla qədər və ondan da daha artıq bahalaşdıra bilər. Lakin rusiyalıların idxal mallarına tələbinin azalması hələlik dolları müəyyən qədər sabitləşdirir, odur ki, bu yaxınlarda rublda kəskin düşüş gözlənilmir. Yadınıza salaq ki, 2016-cı ilin yanvarında Moskva birjalarında dolların kursu 85.99 rubla qədər artmışdı.azadliq.info












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.