Bild: “Putin mafiya rəhbərliyinin bir hissəsidir”

2-08-2016, 22:00           
Bild: “Putin mafiya rəhbərliyinin bir hissəsidir”
Xüsusilə mühüm işlər üzrə keçmiş müstəntiq Andrey Zıkov Rusiya haqqında deyir ki, “yüksək dairələrdə işləyən məmurları vəzifəyə mafiya təyin edir”. Zıkov müstəntiq ikən Rusiyanın ən böyük təsirə malik insanına qarşı iş aparıb. Putin prezident olduqdan sonra isə o, öz işindən atılıb.

Məqalə müəllifləri yazır ki, Zıkovun iddialarını əsassız adlandırmaq olmaz: O, istintaq işləri aparıb və sübutlar toplayıb. Adətən onun kimi cəsarətli insanlar Rusiyada çox yaşamırlar, – jurnalistlər Peter Tride və Andreas Telen əlavə edib.

1999-cu ilin iyununda ədliyyə pod-polkovniki Andrey Zıkov RF-nin Baş Prokurorluğundan 5 həmkarı ilə birlikdə Sankt-Peterburqda şəhər rəhbərliyinin şübhəli bilindiyi büdcə oğurluğu ilə bağlı araşdırmaya başladı. 144128 nömrəli iş “Putinin işi” kimi tanınmağa başlamışdı. Zıkov deyir ki, tezliklə onlar “korrupsiya, büdcə vəsaitlərinin mənimsənilməsi və yüz milyardlarla rubl dəyərində qanunsuz bisnes” faktları ilə üz-üzə qaldı. Keçmiş müstəntiq bildirib ki, elə o vaxt işə düşən bu sistem öz qaydası ilə hələ də işləyir.


Zıkov əminliklə deyir ki, həmin vaxt Sankt-Peterburqda formalaşan “Putinin klanı” indi Rusiyanın iqtisadiyyat və siyasətini idarə edir. İspaniyada bu klanın Sankt-Peterburq təmsilçiləri – Tambov qruplaşması adlanan üzvlərinə qarşı 12 ittiham irəli sürülüb.

“Bütün izlər Putinə aparır, – Zıkov təsdiq edir, – Putin yanlız mafiya ilə əlaqələri dəstəkləmir. O, mafiyanın rəhbərliyindədir”.

1990-cı illərin axırı Zıkov və onun həmkarları Putinin “Tombov mafiyası”nın gələcək bosu Qennadi Petrovla əlaqələrini aşkara çıxardı. Petrov İspaniyada açılan istintaq işinin açar fiqurudur. O və qruplaşma üzvləri çirkli pulların yuyulması, narkotik ticarəti və sifarişli həbs ittihamları ilə üz-üzədir. Bəzi məlumatlara görə Petrov Putinin adına hesab açıb, Putin üçün öz adına Aralıq dənizinin sahilində villa satın alıb, – məqalədə deyilir.

“Bizim o vaxt əldə etdiyimiz şahid ifadələrindən məlum olur ki, Petrov Putinin Sankt-Peterburqdakı kabinetinə tez-tez gedib-gəlirmiş. Sonra isə bu hal Moskvada təkrarlanıb”. Görünüşə görə Petrov onu davamlı olaraq ziyarət edirmiş, hətta Sankt-Peterburqda yerləşən şəhər kənarı evinə də gedirmiş, – məqalədə yazılıb.

Əvvəl-əvvəl Zıkov və onun adamları istintaq işini nəzarətsiz və maneəsiz aparırmış. Vaxt keçdikcə əngəllər artmağa başladı, – məqalədə bildirilib.

Müəyyən vaxtdan sonra dəhşətli faktlar üzə çıxdı. “Dövlət məmurları mafiya strukturlarını tikinti sifarişləri ilə təmin edir və monopoliya yaratmaqla bundan qazanc əldə edirmişlər, – Zıkov öz hekayəsinə davam edir. – Ən dəhşətlisi isə odur ki, simbioz hala rast gəlmişdik: “Putinin ətrafındakı məmurlar həm də mafiya strukturlarının tərkib hissəsi idi”.

Öncələr bütün bu hadisələr Putin və o vaxtkı şəhər meri Anatoli Sobçakın təsis etdiyi “20-ci trest” adlanan korporasiyanın ətrafında cərəyan edirdi. Korporasiya böyük büdcə vəsaitlərindən faydalanırdı. Bu vəsaitlər dərin böhrana düşmüş şirkəti müflis olmaqdan xilas etmək üçün nəzərdə tutulmuşdu. Qısa bir zaman müddətində “20-ci trest” özəlləşdirildi və milyardlarla rubl mənimsənildi, – jurnalistlər yazır.

Zıkovun fikrincə, Putinin korrupsiya sisteminin əsası Boris Yeltsinin vaxtında qoyulub. “Yeltsin onun klanının əsasını qoydu – Putin isə bu sistemi mükəmməlliyə çatdırdı. O, iyerarxiyada ən yuxarıya qədər qalxaraq, mafiyanı da öz bortuna apardı”.

1990-cı illərin sonu “Putin işi” üzrə istintaq dayandırıldı, 2000-ci ildə Putin prezident olandan sonra Zıkov və onun həmkarları Moskvadakı dəstəklərini itirdi, Zıkovun özü isə 46 yaşında təcili istefaya göndərildi, – məqalədə deyilir.

O vaxtı Zıkov ehtimal edirdi, indi isə əminliklə deyir ki, Kremldəki açar fiqurları vəzifəyə nə Putin, nə də baş nazir Medvedyev təyin edir. Bu öhdəlik RF İstintaq Komitəsinə məxsusdur. “Hökümətdəki açar vəzifələrə namizədləri mafiya təqdim edir, Kreml isə sadəcə verilən qərarları reallaşdırır”, – keçmiş müstəntiq bildirib.

“Putin 90 faiz cinayətkardır, yanlız 10 faiz siyasətçidir”, – Zıkov jurnalistlərlə söhbətinin sonunda deyir və əlavə edir ki, “Putin mafioz hökumət qurub və heç vaxt ona inanmaq olmaz”.
azadliq.info












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.