Dollarla bağlı kritik qərar açıqlandı

5-08-2016, 23:27           

ABŞ-da kənd təsərrüfatı xaric məşğulluq (qeyri kənd təsərrüfatı) və işszilik məlumatları açıqlandı. İyulda ABŞ-da məşğulluq 255 min artıb, işsizlik nisbəti isə 4,9% təşkil edib.

İqtisadçılar İyulda məşğulluğun 175 min artacağını, işsizliyin isə 4,8% olacağını gözləyirdilər. İyun ayında işsizlik nisbəti 4,9% təşkil etmişdi.

İyun ayının məşğulluq göstəricisi isə 287 mindən 292 minə yuxarı istiqamətdə dəyişdirilib.


Orta saatlıq maaşlar aylıq 0.3% ilə 0.2%-lik proqnozun üzərində, illik isə 2.6% ilə proqnoza paralel artıb.

ABŞ-da Çərşənbə günü açıqlanmış özəl sektor məşğulluq göstəricisi də iyulda 179 minlik artımla proqnozun üstündə artmışdı.

ABŞ-da kənd təsərrüfatı xaric məşğulluq iki ay ardıcıl sərt hərəkətlər göstərib. Məşğulluq May ayında 11000 ilə son altı ilin ən yavaş artımını göstərmiş, İyun ayında isə 287000 ilə səkkiz ayın ən sürətli yüksəlişini həyata keçirmişdi.

Bu gün məlumatın açıqlanmasının ardınca Dollar mühüm valyutalar qarşısında bahalaşmağa başlayıb.

Kənd təsərrüfatı xaric məşğulluq məlumatı ABŞ Mərkəzi Bankı Fed-in faiz qərarı üçün qiymətləndirdiyi əsas statistik məlumatlardan biridir. Məşğulluğun proqnozdan yüksək çıxması Fed-in faiz artırmaq qərarını tezləşdirə bilər. Bəzi analitiklər Fed-in Sentyabrda, bəziləri isə Dekabrda faiz artıracağını gözləyirlər.

Fed rəsmiləri ötən toplantısında faizləri dəyişdirməmiş və məşğulluq bazarının artmaqda davam etdiyini bildirmişdilər. Bugünkü məlumatdan sonra, ABŞ Mərkəzi Bankı 20-21 Sentyabrdakı toplantısında faiz artırımı ehtimalını masada saxlaya bilər.

Analitiklər bildirirlər ki, güclü məşğulluq bazarı, əhalinin gəlirlərinin də yaxşı olacağına işarə edir. Məşğulluq bazarının güclü qalması vəziyyətində Fed Sentyabrda faiz artıra bilər.

Kənd təsərrüfatı məşğulluq məlumatı kənd təsərrüfatı xaricində son ay ərzində işləyən insanların sayındakı dəyişiklikləri müəyyən edir. Məşğulluğun artması ölkənin pul vahidinə müsbət bir təsir göstərir. Kənd təsərrüfatı xaric məşğulluq məlumatının proqnozdan yüksək çıxması dollar üçün pozitiv/buğa, aşağı çıxması isə neqativ/ayı bazarıdır. Yeni iş yerlərinin açılması və nətəcədə gəlir əldə edən insanların daha çox xərcləməsi ümumi daxili məhsul (ÜDM) üçün önəmlidir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.