İsrail Dəməşqi bombaladı:Qlobal nüfuz müharibəsində yeni müstəvi

6-08-2016, 08:13           

İsrailin hərbi təyyarələri Dəməşqin şimalında 4 yük maşını karvanını bombardıman edib.

Strateq.az xəbər verir ki, məlumatı Livan Hizbullahı yayıb.

Hizbullahın irəli sürdüyü bu iddiayla əlaqədar rəsmi Təl-əviv heç bir açıqlama verməyib. Sadəcə, bəzi İsrail mətbuatı özlərinə aid təyyarələrin Suriyada hava hücumu təşkil etdiyini bildiriblər.

Məlumat öz təsdiqini taparsa, bu, İsrailin Yaxın Şərq məsələsinə birbaşa müdaxiləsi mənasına gəlir.

Qeyd edək ki, dünən tanınmış İsrail strateqlərindən sayılan Efraim İnbar “Jerusalem Post” qazetində dərc olunan məqaləsində İŞİD-in tamamilə yox edilməsinin sionizmin strateji maraqlarına uyğun olmadığını iddia etmişdi. Strateq fikirlərini bir neçə amillə əsaslandırmışdı. Amillərdən biri də İŞİD-in sıradan çıxarılmasının İran və Rusiyanın bölgəyə tam hakim olmasıyla nəticələnməsi ehtimalıdır.

Efraim İnbarin fikrincə, Pentaqon rəhbərliyi regionu Rusiya və İranın nəzarətinə ötürmək üçün bu siyasəti şüurlu şəkildə yürüdür və bu da İsrailin dövlət maraqlarına cavab vermir.

Sözügedən analitik yazının dərc olunmasından sonra İsrail təyyarələrinin İŞİD-ə qarşı mübarizə aparan qüvvələrin silah daşıyan maşın karvanını bombalaması təsadüfə oxşamır, Rusiya və İranın maraqlarını tapdalayır. Bu da öz növbəsində qlobal güclərin Yaxın Şərqdə açıq şəkildə kəllə-kəlləyə gəlməsinə yol aça bilər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.