Obama bir daha Fətullah Gülənin Türkiyəyə verilməsindən DANIŞDI

6-08-2016, 16:05           
Obama bir daha Fətullah Gülənin Türkiyəyə verilməsindən DANIŞDI
ABŞ-da yaşayan türk iş adamları prezident Barak Obamaya nurçuların Pensilvaniya ştatındakı lideri Fətullah Gülənin Türkiyəyə ekstradisiyası məsələsi barədə sual veriblər.

Demokratlar Partiyasının prezidentliyə namizədi Hillari Klintonun seçim kampaniyasına dəstək məqsədilə Atlantada təşkil edilən tədbirə Barak Obama da qatılıb.

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, tədbirdə iştirak edən türk iş adamı, Demokratlar Partiyasının üzvü Murat Gözəl türk xalqının amerikalı siyasilərin çevrilişə baxışından və Fətullah Gülənin təhvilinin gecikməsindən nahahat olduqlarını bildirib.

Murat Gözəl Gülənin ekstradisiyasının sadəcə Rəcəb Tayyib Ərdoğanın deyil, bütün türk xalqının məsələsi olduğunu, bunun baş verməməsinin iki ölkə arasındakı əlaqələrə pis təsir etdiyini bildirib. Daha sonra Obamadan bu məsələ ilə bağlı fikrini soruşub.

Məsələ ilə bağlı fikrini bildirən Obama “bu, Türkiyə üçün ilk çevriliş cəhdi deyil” söyləyib:

“Bu məsələdə həssas olan türk xalqı çevrilişçilərə yaxşı bir dərs verdi, müxalifət də daxil, bütün təbəqələr çevrilişə qarşı durdu. Türkiyənin önəmli müttəfiqi olan ABŞ çevrilişə qarşı olaraq Türkiyənin yanında yer aldı. Gülənin ekstradisiyası üçün dəlillərə görə hüquq yolu əsas olacaq. Bu işi ciddi şəkildə düşünürük, ancaq bunun isbatlanması lazımdır”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.