Roqozin Rusiyanın yeni nəsil zenit raketlərindən yazdı

6-08-2016, 21:08           
Roqozin Rusiyanın yeni nəsil zenit raketlərindən yazdı
“Almaz-Antey” hava-kosmik konserni Rusiya quru qoşunları və HDQ üçün zenit raketləri hazırlayıb.

Avropa.info xəbər verir ki, bu barədə öz “Facebook” səhifəsində baş nazirin müavini Dmitri Roqozin yazıb. Onun sözlərinə görə, sədri olduğu Rusiya Hərbi Sənaye Kompleksinin konserni yeni nəsil raketlər ərsəyə gətirib.

“Almaz-Antey” iyun ayında orta məsafəli zenit kompleksi “Buk-M3”-ün uğurlu sınağının keçirilməsini açıqlamışdı. “Buk-M3” zenit raket kompleksinin ilk partiyası bu il Rusiya ordusuna veriləcək.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.