Erməni Azərbaycan vətəndaşını Almaniyada güllələdi

9-08-2016, 23:39           

Almaniyanın Rendsburq şəhərində 31 yaşlı Azərbaycan vətəndaşı qətlə yetirilib.

Virtualaz.org Almaniya KİV-lərinə istinadən xəbər verir ki, şəhər prokuroru Birgit Hess hadisənin ötən bazar günü axşam saat 22.00 radələrində baş verdiyini deyib. Qətli törədən şəxs 34 yaşlı Ermənistan vətəndaşıdır. Qatilin və onun qurbanının adları açıqlanmır. Hadisə şəhərin kommersiya rayonunda törədilib. Prokuror qətlin motivlərinin araşdırıldığını deyib, qatil hadisə yerinin yaxınlığında həbs olunub. O, azərbaycanlıya bir neçə güllə vurub. Qatilin və onun öldürdüyü azərbaycanlının bir-birlərini əvvəlcədən tanıdıqları bildirilir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.