" Xəzinə oğruları və vicdansızlıqla hamı üçün konkret nəticələr əldə edənədək mübarizə aparmaq”- Saakaşvilinin videosuna milyonlar baxdı VİDEO

19-06-2015, 15:07           
" Xəzinə oğruları və vicdansızlıqla hamı üçün konkret nəticələr əldə edənədək mübarizə aparmaq”- Saakaşvilinin videosuna milyonlar baxdı VİDEO
“Onlar milyonlar qoparır, ancaq bizim arxamızda milyonlar var”

Avropa.info xəbər verir ki, bu sözləri Odessanın yeni qubernatoru Mixail Saakaşvili üç gün öncə prokurorluq orqanlarında keçirdiyi antikorrupsiya müşavirəsinin videosunu "Facebook"da şərh edərkən deyib.

O, müşavirənin videosunu iki gündə bir milyondan çox adamın izləməsinə işarə vurub. Mixail Saakaşvili:

“Prokurorlarla söhbətimə “Youtube”da iki gündə bir milyondan çox adam baxıb. Bu o deməkdir ki, mən təkcə özüm üçün danışmamışam, milyonlarla ukraynalı belə düşünür. Korrupsiyalaşmış leşyeyən inadla xalqın əhval-ruhiyyəsində baş verən dəyişikliyi görmək istəmir. Ancaq biz onlara başa salarıq. Mənim Ukrayna prezidentindən aldığım mandatım var. Mənim üçün və Ukraynanı sevən bütün vicdanlı insanlar üçün tək məqsəd olmalıdır – bir addım da geri çəkilməmək. Xəzinə oğruları və vicdansızlıqla hamı üçün konkret nəticələr əldə edənədək mübarizə aparmaq”














Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.