NATO “Ermənistan işğal etdiyi əraziləri geri qaytarmağa hazırdırmı?”.

19-06-2015, 15:29           
NATO “Ermənistan işğal etdiyi əraziləri geri qaytarmağa hazırdırmı?”.
Milana Sarapatki: “Zaman Ermənistanın əleyhinə işləyir”.

NATO Parlament Assambleyasının İrəvanda keçirilmiş 89-cu seminarında çexiyalı deputat Milana Sarapatki Ermənistana Qarabağı Azərbaycana qaytarmağın vaxtının çatması barədə xəbərdarlıq edib.Çex deputat çıxışı zamanı bildirib ki, zaman Ermənistanın əleyhinə işləyir. O rəsmi İrəvana sualla müraciət edib: “Ermənistan işğal etdiyi əraziləri geri qaytarmağa hazırdırmı?”. Çex deputat Qarabağ münaqişəsinin yalnız ərazi bütövlüyü prinsipi əsasında həll edilə biləcəyini bildirib.

Çex deputata cavab vermək üçün Ermənistan xarici işlər nazirinin müavini Aşot Avakimyan söz alıb. O iddia edib ki, yaranmış durum Qarabağ məsələsini ərazi bütövlüyü prinsipi əsasında həll etməyə imkan vermir. Avakimyan iddia edib ki, ərazilərin qaytarılması məsələnin birtərəfli həllidir və Azərbaycan tərəfi də müəyyən güzəştlər təklif eləməlidir.

Əslində isə Azərbaycan tərəfi həmişə öz güzəştlərini təqdim edib - Dağlıq Qarabağa Azərbaycan daxilində ən yüksək muxtariyyət veriləcək, Qarabağ erməniləri özünüidarə hüququ qazanacaqlar. Amma nədənsə İrəvandakı siyasətçilər bunu qulaqardına vururlar. Bu da münaqişənin müharibə yolu ilə həllini vacib edir. Bu məsələdə isə, Milana Sarapatkinin dediyi kimi, zaman Bakının xeyrinə dəyişir. (Anspress)












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.