Cəsədi 14 əsrdir çürüməyən peyğəmbər səhabəsinin görüntüsü yayılıb

19-06-2015, 16:29           

FaktXəbər-in Ərəb mediasına istinadən verdiyi məlumata görə, Suriyada terrorçu vəhabilər tərəfindən qəbiri dağıdılaraq cəsədi oğurlanan İslam Peyğəmbəri və İmam Əlinin tanınmış səhabələrindən Hücr ibni Üdeyin hazırki görüntüsü yayılıb. Hadisəni törədənlərdən biri edam olunduqdan sonra terrorçunun üzərindən səhabənin şəkili tapılıb.

Qeyd edək ki, ötən gün vəhabilər məqbərinin dağıtmaqla kifayətlənməyərək, İslam qanunlarına zidd olaraq bu müqəddəs qəbri açıb səhabənin çürüməmiş cəsədini oğurlayıb naməlum istiqamətə aparıblar.

Məlumat üçün bildirək ki, Hücr ibni Üdey və onun iki övladı Müaviyə ibni Əbu Süfyan tərəfindən şəhid ediliblər. Onun müqəddəs məzarı isə Dəməşqin yaxınlığında yerləşən Əl-Ğutə şəhərinin Mərəc məntəqəsində olub. Onu qeyd etmək lazımdır ki, İslam mənbələrində müqəddəs və pak insanların cəsədlərinin çürüməməsi barədə kifayət qədər hədis və real faktlar mövcuddur.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.