İŞİD terrorçuları Kərbəla və Nəcəfin suyunu kəsdilər

19-06-2015, 16:37           


İraq Kənd Təsərrüfatı və Su Şurası İŞİD terrorçularının iyunun 2-də Fərat çayı üzərindəki Ramadi səddini bağlaması səbəbilə Kərbəla, Babilistan, Nəcəf ilə Kadisiyə şəhərlərinin susuz qaldığını açıqlayıb.

FaktXəbər-in məlumatına görə, sözügedən ərazilərdə yerləşən su anbarlarındakı ehtiyatlar azaldığı üçün yaxınlarda quraqlıq başlayacağı bildirilir. Əlaqədar orqanlar Fərat çayının suları kəsildiyi üçün Dəclə çayından istifadəyə cəht göstərsə də, bu sahədə də problemlə üzləşiblər.

İŞİD terrorçularının İraqda su müharibəsi apardığı bildirilən açıqlamada, təşkilatın həmçinin Anbardakı Sarsar gölünün olduğu bölgəni də nəzarət altına alaraq, bu müharibəni davam etdirməyə çalışdığı qeyd edilir.

İraqın ərazi baxımından ən böyük vilayəti olan Anbarın mərkəzi Ramadi İŞİD terrorçularının nəzarətindədir. İraq ordusu və şiə könüllüləri şəhərin geri alınması üçün əməliyyatlar keçirirlər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.