Dedovşina qurbanları: " Serjantlar bizi bir gün ac saxladılar."

27-06-2015, 00:58           
Bir çox hallarda deyirlər ki, bütün olanlara baxmayaraq əsgərlik kişilik məktəbidir və burada hər bir çətinliyə sinə gərmək gərəkir. Sözsüz ki, “əsgərliyin çətinlikləri” deyiləndə “dedovşina”lıq nəzərdə tutulmur. «Dedovşina» orduda nizamnamədənkənar davranışları özündə ehtiva edən termindi.

Xarici kütləvi informasiya mənbələrində ordu ilə bağlı çıxan çoxsaylı materialları araşdırandan sonra belə qənaətə gəlmək olur ki, dünyanın əksər ölkələrinin silahlı qüvvələrində “dedovşina” var, amma fərqli və müxtəlif formalarda…


Axşam da məcbur elədilər ki, üstünə diş pastası yaxılmış çörəyi yeyək. Onlar soruşanda ki, vəziyyət necədir, mütləq cavab verməliydik ki, yaxşıdır. Yeməsəydik, ya da pisdir desəydik, kəmərlə döyüləcəkdik..”.

”Bəzi gecələr yatmazdan qabaq bizi alt paltarında dizi üstə iməklədir, qoyun kimi mələməyə, it kimi hürməyə, donuz kimi fısıldamağa məcbur edirdilər. Bəzən özləri seçib qabağa çıxardıqları iki əsgəri bir-biri ilə dalaşdıran serjantlar təşkil etdikləri mənzərədən həzz alaraq kənarda dayanıb gülüşürdülər. Biz evdən çox uzaqlarda xidmət etdiyimiz hərbi hissədən qaçmağa qorxurduq, dözməkdən başqa çarəmiz yox idi”.

”Bizim rotada əsgərliyə təzə gələnlərin elə həmin gecə “dembellər” tərəfindən “ağıllandırmaq” qaydası vardı. Onları yatandan sonra bir-bir yuxudan oyadır, tualetə, ya da bayıra aparılıb ağıllarına gələn tələbi icra etməyə məcbur edirdilər. Həmin tələbləri yerinə yetirməyənləri lağa qoyur, təhqir edir, ələ salır, alçaldır, bəzən zorlamaqdan belə çəkinmirdilər”.

Modern.az xəbər verir ki, bunlar erməni ordusunda qulluq etmiş əsgərlərin ayrı-ayrı vaxtlarda hərbi xidmətdən sonra “dedovşina” barədə hüquq müdafiəçilərinə danışdıqları faktlardır. Ermənistan mətbuatının yazdığına görə, orduda “dedovşina” daha çox Azərbaycanın Qarabağ bölgəsində yerləşən hərbi hissələrdə mövcuddur.

“Dedovşina”ya bəraət qazandıran bəzi erməni hərbçilər isə iddia edirlər ki, guya müharibə zonasındakı hərbi hissələrdə belə halların olması təbiidir.

Erməni mətbuatında dərc edilən faktlar göstərir ki, Ermənistаn ordusundа nizamnamədənkənar davranış halları geniş yayılıb, amma Müdafiə Nazirliyi hər vəchlə onları gizlətməyə çalışır.

Ermənistan Əsgər Anaları Komitəsi də bəyan edib ki, orduuda vəhşilik halları tək-tük deyil, kütləvi xarakter daşıyır. Son illər komitəyə yüzlərlə şikayət məktubu daxil olub. Həmin məktublarda əsgər anaları orduya yolladıqları övladlarının başına açılan oyunlardan hiddətləndiklərini bildirir və onların haqq səsini rəsmi orqanlara çatdırmağı istəyirlər.

Ermənistanın müxalifət mətbuatının apardığı araşdırmalar göstərib ki, orduda intihar halları, rüşvətxorluq da artıb.

Zabit və serjant heyəti tərəfindən şəxsiyyətin alçaldılması, təhqir etmə, söyülmə, zorlanma, döyülmə, valideynlərdən pul istəməyə məcbur edilmə hallarına dözə bilməyə bir çox zəif iradəli əsgərlər çıxış yolunu intihar etməkdə görürlər.
Son bir ildə erməni ordusunda intihar və intihara cəhd etmə hadisələri ilə bağlı 70-dən çox fakt qeydə alınıb.
Ermənistan hərbi birləşmələrindən fərarilik hallarının da artdığı vurğulanır. Əsasən Rusiya ərazuisinə qaçan hərbi qulluqçular sonradan fərarilik etmələrinin səbəbini ordudakı “dedovşina” ilə əlaqələndiriblər.

Erməni mətbuatında yazılanlara görə,bir çox hərbi hissələrdə komandirlər rüşvətxorluğa öyrəşiblər. Həmin komandirlər hərbi hissələrdə əsgər və serjantlardan müəyyən məbləğdə rüşvət almaqla onları qanunsuz olaraq hərbi hissədən kənara, o cümlədən məzuniyyətə buraxırlar. Bundan başqa, əsgərlər komandirlərinə 500-1000 ABŞ dolları verərək bir ay müddətinə evlərində qala bilirlər.
Erməni mətbuatı hətta onu da iddia edir ki, əvvəllər bəzi komandirlər hərbi hissəyə oğlanlarını görməyə gələn anaları övladlarının taleyi ilə ilə qorxudub, həmin qadınları zorlamaqdan belə, çəkinmirlər.

Bir sıra hərbi hissələrdə zabit və gizirlər tərəfindən şəxsi heyətə ayrılan ərzaq məhsullarının mənimsənildiyi bildirilir. Pis qidalanma və antisanitariya şəraiti bir sıra hərbi hissələrdə əsgərlərin malyariya, sarılıq, pnevmaniya, vərəm, qarın yatalağı, dizenteriya, dəri-zöhrəvi xəstəliklərlərinə yoluxmasına səbəb olub.
Bu vəziyyətin xüsusilə işğalçı ordunun Qarabağ ərazisində yerləşən hərbi hissələrində kütləvi hal aldığına dair məlumatlar var.

Ermənistan ordusunda qeyri-döyüş itkilərinin, rüşvətin, əxlaqsız hərəkətlərin, “dedovşina”lığın artması ictimaiyyəti çox ciddi narahat edir. Amma hakimiyyət ictimaiyyərin narazılığına hələ ki əhəmiyyət vermir. Əhəmiyyət verilmədikcə isə nizamnamədənkənar münasibətlər orduda getdikcə intiharlara, fərarilik hallarının artmasına səbəb olur.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.