Pol Qobl: “Ermənistanda Maydan yoxdur, Ukrayna ilə müqayisə etməyin”

27-06-2015, 01:40           

İrəvanda elektrik enerjisinin qiymətinin qaldırılmasına qarşı etirazlarla Ukraynadakı inqilabın çox az oxşarlığı var, ancaq Rusiyanın geosiyasi ritorikasının vərdişidir ki, hər şeyi bir qəlibddə təqdim eləsin. Musavat.com-un xarici qaynağa istinadən verdiyi xəbərə görə, bu barədə amerikalı tanınmış analitik Pol Qobl “The İnterpreter”dəki məqaləsində yazıb.

“Əksər rusiyalı analitiklər bu versiyanı irəli sürməyə tələsirlər ki, etirazlar yeni Maydanın açılış raundudur, Qərbin daha geniş geosiyasi mübarizənin tərkib hissəsi kimi təşkil elədiyi və təkan verdiyi anti-Rusiya aksiyalarıdır. Ancaq hadisələrin bu cür təqdimatı təhlükəlidir. Kaş ki, bu faciə proqnozu kimi çıxmaya” – qeyd edib Qobl.

Onun fikrincə, əgər Moskva İrəvanın müdafiəsi və dəstək siyasəti seçməsə, bu, Rusiya-Ermənistan münasibətlərinə neqativ təsir göstərəcək.

Rusiyalı politoloq Sergey Markedonov da analoji xəbərdarlıqla çıxış edib. O, Rusiya hakimiyyətini və politoloqları situasiyanın yanlış təqdimatı nəticəsində hadisələrin mümkün inkişafı haqda xəbərdarlıq edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.