Sarkisyandan yeni fırıldaq - Audit oyunu

27-06-2015, 11:45           

Sərkisyan Rusiyanın Nəqliyyat naziri Maksim Sokolova “İnter RAO” şirkətinin Ermənistandakı nümayədəliyində ekspertlərin iştirakı ilə auditin aparılmasını təklif edib.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı Ermənistanın “Armtoday” saytı yayıb.

Sərkisyan görüş zamanı Rusiyanın Ermənistanda ilk investor olduğunu bildirib:

“Rusiya investisiyasının miqdarı 3 milyard dollar təşkil edib ki, bu da Ermənistan üçün böyük rəqəmdir. Biz bir tərəfdən istəyirik ki, siz bu investisiyaların müdafiəsi, digər tərəfdən isə bu məsələlərə şirkətlərin sosial cavabdehlik nöqteyi-nəzərindən baxasınız. Ekspertlər bu mitinqlərdən anti-Rusiya əhval-ruhiyyəsi axtarmağa çalışırlar. Məni şad edir ki, etirazçıların özləri də bu tip iddiaların əsasız olduğunu söyləyirlər”.

Qeyd edək ki, Sərkisyanın bu təklifinə artıq İrəvandakı etirazçılar cavab veriblər. Onlar Ermənistan Elektrik Şəbəkəsi şirkətində auditin keçirilməsinə aldanmayacaqlarını bildiriblər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.