4 ölkə Ukraynanın taleyilə bağlı razılığa gəlib...

14-04-2015, 10:33           
4 ölkə Ukraynanın taleyilə bağlı razılığa gəlib...
Rusiya, Ukrayna, Almaniya və Fransanın xarici işlər nazirləri Ukraynanın şərqində cəbhə xəttindən silahların çıxarılması prosesini davam etdirməyə razılaşıblar. Aprelin 14-də Berlində həmkarları ilə danışıqlardan sonra Almaniyanın xarici işlər naziri Frank-Walter Steinmeier çıxış edib. Deyib ki, nazirlər ağır silahların çıxarılmasına davam etməyə razılaşıblar. Həmin silahlara 100 mm kalibrdən aşağı olanlar, minaatıcılar, zirehli maşınlar və tanklar da daxildir.

Tərəflər 4 işçi qrup yaratmağa razılaşıblar. Qruplar təhlükəsizlik məsələləri, silahlıların nəzarətində olan ərazilərdə seçkilərin keçirilməsi, hərbi əsirlərin dəyişdirilməsi və Ukraynanın şərqindı iqtisadi durumun yaxşılaşdırması istiqamətlərində işləyəcək.

Ötən ilin aprelindən Ukraynanın şərqində rusiyapərəst separatçılarla hökumət qüvvələri arasında münaqişədə 6 mindən çox adam həlak olub. Fevralda Minskdə atəşkəs sazişi əldə olunandan sonra zorakılıq azalsa da, gərginlik qalır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.