ABŞ Rusiyanı çəmbərə alır - Latviyada amerika tankları

30-07-2015, 11:47           
ABŞ Rusiyanı çəmbərə alır - Latviyada amerika tankları
Latviya ABŞ hərbi texnikasının öz ərazisində yerləşdirilməsi üçün Vaşinqtonla rəsmi danışıqlara başlayıb.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı Latviya Müdafiə naziri Anete Qneze yayıb. Onun sözlərinə görə, hələlik məhz hansı texnikanın Latviya ərazisində yerləşdiriləcəyi bilinmir.

Qeyd edək ki, bundan öncə Latviya Müdafiə naziri Yanis Sarts Amerika hərbi texnikasının 2015-ci ilin sonunda bu ölkə ərazisində yerləşdirilə biləcəyini demişdi. ABŞ Müdafiə naziri Eşton Karter isə Vaşinqtonun Estoniya, Litva, Latviya, Bolqarıstan, Rumıniya və Polşaya 250 tank və haubitsa göndərə biləcəyini söyləmişdi.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.