Mavilərin rəngini elektroşokla dəyişəcəklər

30-07-2015, 22:50           
Mavilərin rəngini elektroşokla dəyişəcəklər
Britaniyalı həkimlər homoseksualizmi xəstəlik elan edərək dünyanı növbəti dəfə sevindiriblər. Psixoloji dəstək mərkəzlərindən birinin keçirdiyi sorğuya əsasən Birləşmiş Krallığın 20%-i əmindir ki, bu xəstəliyi müalicə etmək olar. Bundan əlavə bəzi psixoloqlar artıq tolerant cəmiyyət və hakimiyyətin də pislədiyi metodların tətbiqinə başlayıb.

Bu barədə AzVision.az `Lifenews` saytına istinadən xəbər verir.

Maylk Devidson Londonda qey-lobbi ilə mübarizə aparan fəaldır. Üç il əvvəl o, homoseksualizmə qarşı plakatlar quraşdırılmış bir necə avtobus vasitəsilə reklam kampaniyası həyata keçirib. Həmin vaxt plakatları cırılıb, Devidsonun özünü isə LGTB birliyinin düşmənləri siyahısına cəlb olunub. Lakin Maykl geri çəkilməyib və homoseksuallar üçün kömək mərkəzi yaradıb.

Həmin şəxs əmindir ki, homoseksualizmi müalicə etmək olar. Çünki o özü bu ehtirasın öhdəsindən gələ bilib.

- Bu asan deyildi. Lakin mən qərara gəldim ki, mənim üçün həyat yoldaşım və uşaqlarım daha vacibdir. Problemlərimə qalib gəlməkdə mənə yardım edən peşəkarların olduğu üçün bəxtim gətirdi`, - deyə Devidson etiraf edir.

İndi Maykl özü onlarla ailəni xilas edib. O, hesab edir ki, insanlar yalnız gey kimi doğulmur, hətta sonradan olurlar. Ona görə də Mayklın mərkəzində müştəriləri öz cinsindən olan insanlara söhbət etməyi, bu danışığın yalnız platonik emosiyaların yaratmasını öyrədirlər.

Lakin Krallığın əksər həkimləri bu metodun işə yaraması barədə fikirləri ucadan səsləndirməyə üstünlük vermirlər.

- `Həkimlər bu növ terapiyaları tətbiq etməkdən qorxurlar. Bu olduqca aktual mövzudur. Əgər onların bu məsələ ilə bağlı fikirləri olsa, onları işdən çıxarda bilərlər`, - deyə həkim-terapevt Piter Mey bildirib.

Yeri gəlmişkən, Piter özü hazırda təqaüddədir və lisenziyasının geri alınması təhlükəsi ondan uzaqdır. Lakin onun gənc həmkarları öz işlərini dərhal itirə bilərlər. Çünki hakimiyyət ictimai formada bu cür yanaşmaları qınayır. LGTB tərəfdarlarının fikrincə, psixoloq insanı özünü olduğu kimi qəbul etməyə kömək etməlidir, əksinə onu dəyişdirməli deyil. Onlardan çoxu bu cür müalicə metodunu təhlükəli hesab edir.

- Bu cür metodlara elektroşok və digər vasitələrin tətbiqi daxildir. Məsələn onlar insana digər kişinin şəklini və ya ehtiras yaradan hər hansı bir əşya göstərir. Müştəri müsbət cavab verdikdə isə ona impuls verilir. Bu da metod tətbiq edilən insanda neqativ emosiya yaranır. Bununla da guya həmin şəxsdə onunla eyni cinsdən olan insanlara qarşı nifrət hissi yaradır, əslində isə bu utanc və depressiya hissi, hətta özünə qəsdlə də nəticələnə bilər!, - deyə psixoloq Castin Dyuve bildirib.

Göründüyü kimi hazırda Britaniya cəmiyyəti ikiyə bölünüb. Bir il əvvəl psixiatrların Krallıq Kolleci rəsmi olaraq bəyan edib ki, insanların seksual oriyentasiyası dəyişə bilər. Onda belə məlum olur ki, qey olmaqla yanaşı olmamaq da olar.

Lakin ABŞ-da vəziyyət tamamilə fərqlidir. Daha əvvəl də xəbər verildiyi kimi ABŞ-da LGTB birliklərin nümayəndələrinə boyskautlara rəhbərlik etmək icazəsi verilib. ABŞ-ın sabiq müdafiə naziri Robert Qeyts vurğulayıb ki, bu dəyişiklik skaut təşkilatının gənc üzvləri üçün çox faydalı olacaq.

Daha əvvəl ABŞ Ali Məhkəməsi bütün ölkə ərazisində eynicinsli nikahların rəsmən reallaşdırılmasına dair qərar qəbul edib. Məhkəmənin qərarına əsasən həmin vaxtdan etibarən belə cütlükdən imtina etmək Konstitusiyanın pozulması kimi dəyərləndiriləcək. Bundan sonra ABŞ dövlət katibi Con Kerri bəyan edib ki, bundan sonra onlar bütün dünyada eynicinsli cütlüklərin bərabərhüquqlu olması üçün mübarizə aparacaqlar.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.