Azərbaycanlılar rusiyalılara 2 milyardlıq saxta pendir satdı... - Əsrin fırıldağı

19-08-2015, 12:18           
Azərbaycanlılar rusiyalılara 2 milyardlıq saxta pendir satdı... - Əsrin fırıldağı
Podmoskovyedə pendir qaçaqmalçıları saxlanılıb.

Fırıldaqçılar Rusiyaya sanksiyalaşdırılmış ərzaq gətirirlərmiş. Xüsusi avadanlıqla təmin edilmiş anbarda onlar aparıcı istehsalçıların saxta etiketlərini çap edir və saxtalaşdırılmış malı bahalı pendir növləri adı altında mağazalara çatdırırlarmış.

Oxu.az “Vesti” telekanalına istinadən xəbər verir ki, cinayətkar qrupun hələlik 6 üzvü həbs edilib. Onlar Rusiya və Azərbaycan vətəndaşlarıdır.

470 ton sanksiyalaşdırılmış pendir müsadirə edilib. Qaçaqmalın anbarı üç mərtəbəni əhatə edib.

Cəmi bir neçə ay müddətində cinayətkar qrup 2 milyard rubl dəyərində saxta mal satıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.