Moskvada bəşəriyyət tarixinin ən güclü bombası nümayiş ounacaq - VİDEO

19-08-2015, 23:40           
Moskvada bəşəriyyət tarixinin ən güclü bombası nümayiş ounacaq - VİDEO
FaktXəbər-in verdiyi məlumata görə, Rusiyanın paytaxtı Moskvada «70 illik atom sənayesi. Uğurun zəncirvari reaksiyası» adlı sərgi keçiriləcək. Tədbirdə əsas eksponat kimi «Bombalar kralı» ləqəbi almış termonüvəli AN-602 bombası təqdim olunacaq.

«Unikal eksponat tarixdə ilk dəfə olaraq Moskvada, Kremlin divarlarının dibində olacaq. O, Federal Sarov nüvə mərkəzindən gətiriləcək», - deyə rəsmi məlumatda bildirilir.

Qeyd edək ki, termonüvəli aviasiya bombası AN-602 1954-1961-cı illərdə SSRİ-də hazırlanıb. Bu, bəşəriyyət tarixinin ən güclü partlayıcı qurğusu hesab olunur. Bombanın gücü təqribən 58 meqatonn trotil ekvivalenta (ABŞ-ın Xirosimaya atdığı atom bombasından 3000 dəfə güclü) bərabərdir.

AN-602-nin sınağı 1961-cı ilin oktyabrın 30-da Yeni Torpaqda «Quru burun» poliqonunda baş verib. Bomba bunun üçün xüsusi modelləşdirilmiş strateji Tu-95B bombardmanından atılıb. Partlayışdan yaranan «Nüvə göbələyi» 67 km hündürlüyə qalxıb, zərbə dalğası Yer kürəsini 3 dəfə dövrə vurub.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.